“Shell shock” adlanan postmüharibə SİNDROMU: Bununla necə baş çıxarmalı?

“Shell shock” adlanan postmüharibə SİNDROMU: Bununla necə baş çıxarmalı?

Hazırda oxunan: “Shell shock” adlanan postmüharibə SİNDROMU: Bununla necə baş çıxarmalı?

83880

Tarixi Zəfərimizlə başa vurduğumuz İkinci Qarabağ müharibəsindən artıq 2 ilə yaxındır ki, vaxt ötür. Lakin nəticə nə olarsa olsun, müharibə məfhumunun hansı faciələrə səbəb olması tarix boyu hər kəsə məlumdur.

Atasız, həyatyoldaşsız qalan yarımçıq ailələr, övladını çiyninə son mənzilə aparan valideynlər, bir qolunu, gözünü itirmiş qazilər... Onlar bir ömür özləri ilə müharibənin verdiyi ağrı-acıları daşıyırlar. Son günlərdə tez-tez qazilərin intihar xəbərlərini almağımız da bunu göstərir ki, travmalar asanlıqla dəf olunmur. Düşməni susdurub, 30 illik həsrətə canı, qanı, sağlamlığı bahasına olsa da son qoyan igidlərimiz bu gün maddi və mənəvi travmalara güc gələ bilmirlər.

Onları bu uçurumdan çıxarmaq üçün hansı addımlar atılmalıdır?

Psixoloq Tariyel Faziloğlu Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı bir sıra məqamlara toxunub.

Mütəxəssisin sözlərinə görə, müharibədən sağ qayıtmış insanlar arasında depesiya halları, özünəqəsd, post-travmatik stress hallarının baş verməsi bütün dünyada var:

“Hər biri müharibə aparan ölkədə müharibə bitdikdən sonra “shell shock” adlandırılan postmüharibə sindromu yaranır. Bunun da əsas mərkəzində postravmatik mərkəzli bir çox psixoloji pozğunluq və narahatlıqlar dayanır. Bunların qarşısını almaq üçün maksimum dərəcədə ölkədə psixoloji maarifləndirmə və məlumatlandırma işləri aparılmalıdır. Birincisi bütün müharibə iştirakçıları, qazi və şəhid ailələri hamısının məlumat bazası yaradılmalı və hamısını ümumi diaqnostikadan keçirmək lazımdır. Diaqnostikadan keçdikdən sonra onların psixoloji vəziyyətləri barədə məlumat bazası yaradılmalı və ilkin olaraq ağır halda olanlardan başlayaraq psixo-sosial reabilitasiya proqramlarına başlanılmalıdır.
 

İkincisi bundan başqa sosial-rifah yəni məşğulluq proqramları yaradılmalı və sözügedən kateqoriyadan olan şəxslərlə peşəkar şəkildə çalışmalar aparmaq lazımdır”, - deyə psixoloq T. Faziloğlu qeyd edib.


Qeyd edək ki, müharibə veteranlarının döyüşlərdə aldığı travmanın təsirindən zehni, emosional və mənəvi zədələrlə özünü büruzə verən sindromun diaqnozu ilk dəfə ABŞ-da qoyulub. Belə ki,1964-1975-ci illərdə baş vermiş Vyetnam müharibəsindən sonra yüzlərlə müharibə veteranı intihar edib. Mütəxəsislər “Vyetnam sindromu” , “Əfqan sindromu”, “Koreya sindromu” kimi terminlər ilə baş verənlərin görünməyən tərəflərini ortaya çıxarıblar.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO