Vilyam Hacıyev hansı qurumlardan milyonlarla pul mənimsəyib?

Vilyam Hacıyev hansı qurumlardan milyonlarla pul mənimsəyib?

Hazırda oxunan: Vilyam Hacıyev hansı qurumlardan milyonlarla pul mənimsəyib?

83860

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş kimi tanınan qurumların nümayəndələri çıxış edib. 

İmişli İcra Hakimiyyətinin nümayəndəsi çıxışında icra hakimiyyətinə dəyən 6 milyon 641 manat ziyanın ödənilməsini istəyib. 

Daha sonra İmişli rayon Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi 31 min 267 manat, DOST agentliyinin nümayəndəsi 674 min manat, İmişli rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi isə 67 min 830 manat zərərinin Vilyam Hacıyevdən tutularaq ödənilməsini tələb ediblər. 

Vilyam Hacıyevin vəkili Elmar Kərimov çıxış edərək ki, müvəkkilinə verilən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini, bir çox şahidin ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq etmədiyini qeyd edib. 

Vəkil Vilyam Hacıyevin səhhətində olan problemləri də məhkəmənin diqqətinə çatdırıb. Növbəti proses iyulun 18-də davam edəcək. 

Qeyd edək ki, prokuror Vilyam Hacıyevin verilmiş maddələrlə təsirli bilinərək 13 il azadlıqdan məhrum olunmasını istəyib. Prokuror həmçinin sabiq icra başçısının üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını istəyib. 

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.  

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev  2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.   

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.  
Həmçinin, V.Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO