Azərbaycanın Tovuz hadisələrində itirdiyi general-mayor Polad Həşimovun bu gün Şəhidlər Xiyabanında torpağa tapşırılmasından iki il ötür. Əsgərinə yaxın olması ilə fenomenə çevrilən, səngər generalı adlandırılan Polad Həşimovun əziz xatirəsi doğulduğu Qəbələnin Vəndam kəndində də ehtiramla anılıb.
Kəndin mərkəzindəki Şəhidlərin Xatirə kompleksində general-mayor Polad Həşimova həsr edilmiş möhtəşəm anım gecəsi təşkil edilib.
Anım tədbirində kənd sakinləri ilə yanaşı, rayon rəsmiləri, qazi və şəhid ailələrinin nümayəndələri də iştitak edib.
MÖVZU İLƏ BAĞLI:
Milli Qəhrəman Polad Həşimov belə anıldı – FOTOREPORTAJ
Bu barədə məlumatı Qəbələ İH-nin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Şahmurad Abbasov Bizim.Media-ya verib.
Bizim.Media olaraq Şəki-İsmayıllı-Şamaxı yolunun Qəbələnin Vəndam kəndindən keçən hissəsində ayaq saxladıq. Polad Həşimovun doğulduğu evə gedən döngənin yaxınlığında qoyulmuş Portretini ziyarət etdik. Ruhu şad olsun!
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu