Məktəblini evində döyən icra başçısının müavinindən özəl AÇIQLAMA: “Qız əxlaqsızdır, onun məndə videoları var”

Məktəblini evində döyən icra başçısının müavinindən özəl AÇIQLAMA: “Qız əxlaqsızdır, onun məndə videoları var”

Hazırda oxunan: Məktəblini evində döyən icra başçısının müavinindən özəl AÇIQLAMA: “Qız əxlaqsızdır, onun məndə videoları var”

83850

Xəbər verdiyimiz kimi Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva V.Əliyev adına Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərovanın gözü qarşısında 9-cu sinif şagirdini evində vəhşicəsinə döyüb.  

Qeyd edək ki, bu barədə Bizim.Media-ya döyülən məktəblinin anası Ləman Camalova məlumat verib.

Onun sözlərinə görə Rasilə Əliyeva qızı Aliyəni öz evinə çağıraraq telefonla başına, əl və təpiklə isə üzünə, bədəninə ağır xəsarətlər yetirib. Onu və anasını əxlaqsız, pozgun kimi qələmə verib. Yeniyetmə qız ciddi travma alıb. 

Məsələ ilə bağlı Lənkəran Rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda İcra başçısının müavini direktorun gözü qarşısında məktəbli qıza İŞGƏNCƏ verdi – FOTOFAKT + ÖZƏL 


O, Aliyə Camalovanın evində döyülməsini təkzib edib:

“Vəzifədəyəm deyə yapışılası adam mənəm? Axı mənim də səhhətim və evimdə ağır əməliyatdan çıxmış xəstəm var. Aliyənin anası çox şey iddia edə bilər. Yalan məlumatlardır. Onun anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var. Sinif şagirdlərinin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”.

Rasilə Əliyeva adı çəkilən döyülmə faktına görə Lənkəran Rayon polis Şöbəsinə çağırılmadığını da əlavə edib:

“Qızın attestatı mənim evimdə nə gəzir? Mən Təhsil Naziliyinə və ya rayon təhsil şöbəsinə müdaxilə edə bilərəm? Evimdə attestat verilir? Bu qədər yalan olmaz axı... Mən xalqın uşağını niyə döyürəm ki? Ya atası, ya da nənəsi videolarını görüb onu döyüblər. Sadəcə olaraq o videoları mən əldə etmişəm və polis bölməsinə də təqdim etmişəm. Onlar araşdırır. Anası çox şeyi iddia edə bilər. O zaman mən də bədənimin hansısa nahiyəsini göyərdib, fotosunu sizə atım, inanarsız? Bu məsələnin mənə aidiyyəti yoxdur. Niyə polis bölməsinə çağırılmalıyam ki?”, deyə Rasilə Əliyeva qeyd edib.

Qeyd edək ki, məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb. Müvafiq ekspertiza təyin edilib və araşdırma aparılır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO