Xəyanət edən arvadını məftillə boğdu – Dəhşətli cinayətin DETALLARI  

Xəyanət edən arvadını məftillə boğdu – Dəhşətli cinayətin DETALLARI  

Hazırda oxunan: Xəyanət edən arvadını məftillə boğdu – Dəhşətli cinayətin DETALLARI  

83833

Bakının Qaradağ rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Vilayət Məmmədovun apellyasiya şikayətinə baxılıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. 

Qərara görə, Vilayət Məmmədovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vilayət Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Vilayət Məmmədov yaşadığı evdə həyat yoldaşı, 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanı məftillə boğaraq qətlə yetirib. Qeyd edək ki, onların birgə nikahlarından iki uşaqları olub.
İstintaq sənədlərinə görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Vilayət arvadının ona xəyanət etməsindən şübhələnib. 

Vilayət Məmmədov ifadəsində bildirib ki, Aliyə ona xəyanət etdiyi şəxslə “Tik-Tok”da tanış olub və həmin şəxslə evdə iki dəfə görüşüb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO