Yas məclisində kütləvi zəhərlənənlərlə bağlı XƏBƏR VAR - RƏSMİ 

Yas məclisində kütləvi zəhərlənənlərlə bağlı XƏBƏR VAR - RƏSMİ 

Hazırda oxunan: Yas məclisində kütləvi zəhərlənənlərlə bağlı XƏBƏR VAR - RƏSMİ 

83804

Xəbər verildiyi kimi ötən gün Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.

Məclis iştirakçılarından təxminən 15-ə yaxın şəxs ishal və qusma əlamətləri ilə təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və müalicəyə götürülüb. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova Bizim.Media-ya açıqlamasında zəhərlənən şəxslərin hamısının vəziyyətinin normal olduğunu və bu gün evə buraxıldıqlarını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Göyçayda yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 15 NƏFƏR...


TƏBİB sözçüsü əlavə edib ki, zəhərlənmənin konkret hansı qidadan baş verdiyindən məlumatsızdırlar. Ehtimallara görə zəhərlənməyə səbəb qarpız olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO