Baş anestezioloqdan ciddi xəbərdarlıq  - VİDEO

Baş anestezioloqdan ciddi xəbərdarlıq - VİDEO

Hazırda oxunan: Baş anestezioloqdan ciddi xəbərdarlıq - VİDEO

83742
Bəzi xəstəxanalarda əməliyyat olunmalı xəstə ilə əvvəlcədən psixoloji söhbətlər aparılmır. Nəticədə də xəstə stresli vəziyyətdə əməliyyata girir. Bu isə pasientin sağlamlığında müəyyən problemlər yarada bilər. Baş anestezioloq bununla bağlı ciddi xəbərdarlıq edir.

Bəzi səhiyyə müəssisələrində xəstələrin cərrahiyyə əməliyyatı stress vəziyyətində aparılır. Səbəb isə xəstənin əvvəlcədən psixoloji cəhətdən əməliyyata hazırlanmamasıdır.

Ölkənin baş anestezioloqu Aydın Qədirov bununla bağlı həyəcan təbili çalır. Onun sözlərinə görə, pasiyent əməliyyat üçün xəstəxanaya müraciət etdikdə onunla həkimlər psixoloji söhbət aparmalıdırlar. Çünki əməliyyat anında xəstənin psixi-emosional vəziyyəti əsas rol oynayır.

Baş mütəxəssis deyir ki, təcili əməliyyatlar istisna olmaqla, bəzi tibb müəssisələrində xəstələr elə müəssisəyə qəbul edildiyi gün də əməliyyat olunur. Ancaq qaydaya görə, cərrahiyyə əməliyyatı edilməli olan xəstə ən az 1 gün əvvəldən xəstəxanada yatmalıdır. /Xezerxeber.com/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO