Cəbrayılda minaya düşən şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB

Cəbrayılda minaya düşən şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB

Hazırda oxunan: Cəbrayılda minaya düşən şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB

83690

Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşən şəxsin kimliyi məlum olub.

Bizim.Media-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, O, 1996-cı il təvəllüdlü Şamil Məmmədovdur.

Rayon prokurorluğu tərəfindən aparılmış araşdırmalar zamanı məlum olub ki, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan "Azərsun" holdinqin sürücüsü Şamil Məmmədov rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcǝli bədən xəsarətləri alıb.

15.20 ***

Cəbrayıl rayonunda mina partlayışı nəticəsində xəsarət alan var.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Dağ Tumas kəndində baş verib.  

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Hələ ki, xəsarət alan şəxsin kimliyi məlum deyil.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO