"Dövlət Qulluğu Məcəlləsi" hazırlanır

Hazırda oxunan: "Dövlət Qulluğu Məcəlləsi" hazırlanır

83653

"Dövlət Qulluğu Məcəlləsi" hazırlanma mərhələsindədir". 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Qulluğu İdarəetmə Şurasının üzvü, Milli Məclisin deputati Nizami Səfərov deyib.

O bildirib ki, növbəti dekadalarda layihə hazır olacaq: 

"Bu layihənin geniş ictimai müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Geniş ictimaiyyət, həmçinin, dövlət qulluqçuları bu layihə ilə yaxından tanış olacaq və təkliflərini irəli sürə biləcək.
"Dövlət qulluğu haqqında" qanun 2000-cu ildə qəbul olunub, 2001-ci ildən qüvvəyə minib və bu qanunda bir sıra dəyişikliklər edilib. Ancaq qeyd etmək istəyirəm ki, qanun öz sistemliliyini saxlasa da, belə bir Məcəllənin hazırlanması Azərbaycan Respublikasının qanunvericiliyində mövcud olan yeni məcəllələrin hazırlanması istiqamətində atılan mühüm addım olacaq". 

Nizami Səfərov Apa.az-a açıqlamasında deyib ki, Məcəllə payızda artıq müzakirəyə çıxarılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO