"Azərsu" ASC-nin Abşeron Sukanal idarəsinin binasından su sayğacları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:18 / 14.07.2022
"Azərsu" ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlandı
Hazırda oxunan: "Azərsu" ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlandı
Hazırda oxunan: "Azərsu" ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlandı
83650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.