Polad Həşimovla İlqar Mirzəyevin şəhid olduğu gündən 2 il ötdü

Polad Həşimovla İlqar Mirzəyevin şəhid olduğu gündən 2 il ötdü

Hazırda oxunan: Polad Həşimovla İlqar Mirzəyevin şəhid olduğu gündən 2 il ötdü

83629

Bu gün Azərbaycanın Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhadətə ucalmasından iki il ötür. 

Bizim.Media xəbər verir ki, 2020-ci il iyulun 12-16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə qəhrəmancasına şəhid olub. 

P. Həşimovun iyul ayında şəhid olması sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynayıb. 
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. 

Həmin an onunla birgə olan polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olublar. 

General iyulun 15-də II Fəxri xiyabanda polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Polad Həşimova və İlqar Mirzəyevə Milli Qəhrəman adı verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO