Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanıldı 

Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanıldı 

Hazırda oxunan: Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanıldı 

83532

Xaçmaz  Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.  

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilir ki, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Nadir Şeydayev saxlanılıb.  

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan və evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 2029 manat (ümumi dəyəri 1200 manatdan çox olan bal arısı yeşikləri, 650 manat dəyərində fındıq və 179 manat dəyərində kərə yağı)  zərər vurduğu müəyyən edilib. 

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO