Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, Tovuz rayonunun Hacıalılı kəndində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nuranə Əhmədova hadisəni törətməkdə şübhəli bilinən əri, 1992-ci il təvəllüdlü Nicat Əhmədovun bibisi qızı olub.
Ailədə əvvəllər də mübahisə düşdüyü bildirilir. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
N.Əhmədova evdar qadın olub, əri isə gündəlik muzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var. Artıq hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
*** 13.45
Tovuz rayonunda qadın əri tərəfindən qətlə yetirilib.
Bizim.Media xəbər verir ki, hadisə Əlibəyli kəndində qeydə alınıb.
Report.az-ın məlumatına görə, onun boğazı kəsilərək qətlə yetirildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:32 / 13.07.2022
Tovuzdakı dəhşətli qəttlə bağlı cinayət işi açıldı
Hazırda oxunan: Tovuzdakı dəhşətli qəttlə bağlı cinayət işi açıldı
Hazırda oxunan: Tovuzdakı dəhşətli qəttlə bağlı cinayət işi açıldı
83529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.