Şuşada ilk çadırlar qurulacaq - FOTO

Şuşada ilk çadırlar qurulacaq - FOTO

Hazırda oxunan: Şuşada ilk çadırlar qurulacaq - FOTO

83526

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Şuşa şəhərində avqustun 8-dən 14-dək yuxarı yaşlı skautlar üçün “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi keçiriləcək. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.  

Şuşa şəhərində ilk çadırları Azərbaycan skautları quracaqlar. Bu düşərgə digərlərindən tamamilə fərqli olacaq. 

Beynəlxalq düşərgənin əsas məqsədi şanlı zəfərimizin Şuşa təntənəsinin şahidi olmaq, gənc skautların xüsusi bacarıqlara yiyələnmələri üçün xüsusi təlimlər təşkil etmək, “Şuşa İli” çərçivəsində yerli və xarici skautların iştiraki ilə sosial layihələri həyata keçirməkdir. 

Düşərgədə iştirak etmək üçün iyulun 25-dək qeydiyyat forması tam olaraq təsdiqlənməlidir. 

Düşərgəyə yalnız Azərbaycan Skautlar Assosiasiyasının üzvləri müraciət edə bilərlər.

Qeydiyyat linki: //bit.ly/3yX8ek3 

Əlavə məlumat və əməkdaşlıq üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO