Dələduzluqda ittiham olunan sabiq polis işçisinə bəraət verildi – HÖKM 

Dələduzluqda ittiham olunan sabiq polis işçisinə bəraət verildi – HÖKM 

Hazırda oxunan: Dələduzluqda ittiham olunan sabiq polis işçisinə bəraət verildi – HÖKM 

83521

Bakı Ağır Cinayətər Məhkəməsində sabiq polis əməkdaşı Elvin Həşimlinin məhkəməsi başa çatıb. 

Bizim.Media xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.  

Elvin Həşimlinin barəsində olan ittiham sübuta yetirilməyib və ona bəraət verilib. 

İstintaq orqanı tərəfindən Elvin Həşimlinin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq) maddəsi ilə ittiham elan edilib.   

Elvin Həşimlinin barəsində şəriki Möhkəm Səmədovun şikayəti əsasında cinayət işi açılıb. Möhkəm Səmədov 2020-ci ilin əvvəlində onun barəsində şikayət edib. O, şikayətində qeyd edib ki, Elvin Həşimli onun etibarından sui-istifadə edərək 1 milyon 500 min dollar alıb və qaytarmayıb.  
Elvin Həşimli isə bildirib ki, Möhkəm Səmədovdan borc pul alıb və bir müddət sonra pulu qaytarıb. Bu səbəbdən o, ittiham üzrə özünü təqsirli bilməyib.  

Qeyd edək ki, Elvin Həşimli Xətai rayon Polis İdarəsinin əməkdaşı olub. O, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğludur.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO