Öncə arvadını döydü, sonra da özünə xəsarət yetirdi - TƏFƏRRÜAT

Öncə arvadını döydü, sonra da özünə xəsarət yetirdi - TƏFƏRRÜAT

Hazırda oxunan: Öncə arvadını döydü, sonra da özünə xəsarət yetirdi - TƏFƏRRÜAT

83500

Bakının Nizami rayonunda ər arvadını döyüb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Füzuli rayon sakini, 1977-ci il təvəllüdlü Adil Məmmədov yaşadığı evdə həyat yoldaşı Xumarla (adlar şərtidir – red.) mübahisə edib.  

Sərxoş vəziyyətdə olan Adil arvadını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.  

Daha sonra Adil kəsici alətlə özünə də xəsarət yetirib. Bundan sonra səs-küylə bağlı polisə məlumat verilib.  

Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşı hadisə baş verən ünvana gəlib. Bu zaman polis əməkdaşı Adili sakitləşdirməyə çalışsa da, o, qanuni tələblərini yerinə yetirməyib. Buna görə də onu məcburi qaydada 24-cü polis şöbəsinə aparıblar. 

Həkim müayinəsindən keçirilən zaman Adilin orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilib. Polis şöbəsində olduğu müddətdə o, içkili vəziyyətdə xuliqanlıq hərəkətləri edib, şöbənin iş fəaliyyətini pozub. 

Məlum olub ki, Adil mütəmadi olaraq içkili vəziyyətdə həyat yoldaşı ilə mübahisə edib, dava saldığına, həyat yoldaşını döydüyünə görə onlar polisdə münaqişəli ailə kimi qeydiyyata alınıb.  

Adil daim spirtli içki qəbul edib, tufeyli həyat tərzi keçirib. Qeyd edək ki, Adil bundan əvvəl narkomaniyadan müalicə olunması üçün bir ay kurs keçib. Lakin bu müddət başa çatdıqdan sonra o, yenə də bu cür hərəkətlərini davam etdirib. 

Polis əməkdaşı tərəfindən Adilin barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.   
Nizami rayon Məhkəməsinin qərarı ilə Adil 10 gün müddətinə inzibati qaydada həbs olunub. Onun bu müddətdə saxlanılması üçün Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi barədə qərar qəbul edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO