Gecə cinsi əlaqədə olmağa getdiyi qadının qardaşının qanını tökdü – TƏFƏRRÜAT

Gecə cinsi əlaqədə olmağa getdiyi qadının qardaşının qanını tökdü – TƏFƏRRÜAT

Hazırda oxunan: Gecə cinsi əlaqədə olmağa getdiyi qadının qardaşının qanını tökdü – TƏFƏRRÜAT

83489

Ağdaş rayonunda 2001-ci il təvəllüdlü Namiq Vəliyev cinsi əlaqədə olmağa getdiyi qadının qardaşı, 1983-cü il təvəllüdlü Səmədi (adlar şərti verilib – red.) bıçaqlayıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.  

“Qadının cinsi əlaqədə olmağı təklif etdiyini bildirdi” 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.  

O bildirib ki, 9 yanvar 2022-ci ildə saat 23 radələrində yaşadığı Yevlax şəhərində yerləşən mağazaya gedib:  

“Dostum Emin mənə zəng vurdu. O, Bakı-Gəncə-Yevlax dairəsində bir qadının özünün avtomaşınlara yaxınlaşaraq cinsi əlaqədə olmağı təklif etdiyini bildirdi. İdarə etdiyim “Vaz 2107” markalı avtomaşınla mağazadan ərzaq aldıqdan sonra yaxınlıqda olan Bakı-Gəncə-Yevlax dairəsinə getdim. Həmin vaxt maşını “Mahir” aptekin yanında dayanan və adını sonradan bildiyim Nərminə adlı qadının yanında saxladım.  

Nərminə məndən avtomaşının boş olub-olmadığını və onu Ağdaş rayonu Ləki qəsəbəsinə apara biləcəyimi soruşdu. Onu Ləki qəsəbəsinə apara biləcəyimi, lakin təxminən 15-20 dəqiqəlik işimin olduğunu və aldığım ərzaqları evə verərək qayıdacağımı dedim. Nərminəyə mobil nömrəmi verdim. Sonra yaşadığım evə getdim”.  

“Evində cinsi əlaqədə olmağa razılaşdıq” 

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 15-20 dəqiqə sonra Nərminə ona zəng edib:  

“Soyuqda məni gözlədiyini və tez gəlməyimi dedi. Yarım saat sonra Nərminənin dayandığı “Mahir” aptekin qarşısına getdim. Onu oradan götürdüm. Ağdaş rayonu Ləki qəsəbəsi istiqamətində yola düşdük. Nərminin Ləki qəsəbəsində yaşadığı evdə cinsi əlaqədə olmaq barədə razılaşdıq. Təxminən bir saat sonra Nərminənin Ləki qəsəbəsindəki evinin qarşısına çatdıq. Avtomaşından düşdükdən sonra Nərminənin evinə keçdik. Nərminə qapını bağladıqdan sonra qaranlıqda bir nəfər şəxsin əlində yekə ağac parçası ilə üstümə gəldiyini gördüm.  

Sonradan Nərminənin qardaşı və adının Səməd olduğunu bildiyim şəxs ağac parçası ilə başımdan vurmaq istədi. Ağacın başıma dəyməməsi üçün arxamı çevirdim və ağac parçası kürəyimə dəydi.  

Sonra Zaur məni öldürəcəyini dedi, ağac parçası ilə qolumdan vurdu. Üçüncü dəfə bıçaqla məni vurmaq istədi. Bu zaman üstümdə gəzdirdiyim bıçağı cibimdən çıxararaq bir dəfə sol sinə nahiyəsindən vurduqdan sonra qapının üstündən tullanaraq qaçdım. Səməd arxamca gələrək əlindəki ağac parçası ilə avtomaşının ön şüşəsini sındırdı. Mən maşını işə salaraq oradan uzaqlaşdım”.  
“Dostuma baş vermiş hadisəni danışdım” 

Namiqin bildirdiyinə görə, həmin gecə evlərinə gəlib, telefonunu söndürərək yatıb:  

“Səhər açılanda dostum bizə gəldi. Nərminənin gecə ona zəng vurduğunu, mənim Nərminənin qardaşını bıçaqladığıma görə evdən qaçdığını və getməyə yeri olmadığını bildirdi. Onun kömək istədiyini dedi. Dostum Nərminəni Bakı-Gəncə-Yevlax dairəsindən götürərək hansısa evə apardı. Dostuma baş vermiş hadisəni danışdıqdan sonra avtomaşının şüşələrini dəyişdirdim. Səmədi vurduğum bıçağı da xatırlamadığım yerə tulladım”.  

“Bacımı yad bir kişi ilə gördüm” 

Zərərçəkmiş Səmədin sözlərinə görə, yanvarın 9-da axşam saatlarında siqaret çəkmək üçün həyətə düşüb:  

“Həmin vaxt bacım Nərminəni yad bir kişi ilə gördüm. Həmin şəxsdən kim olmasını soruşdum. Bu zaman aramızda mübahisə yaranaraq dava düşdü. Adını sonradan bildiyim Namiq üzərimə gəldi. Bu zaman ona çubuqla zərbə endirdim. Bu vaxt Namiq də mənə zərbə vurdu, həyətdən çölə qaçdı. Əvvəl Namiqin məni bıçaqla vurmasını başa düşmədim. Sonradan məndən qan gəldiyini gördüm.  
Əsəbiləşərək Namiqin arxasınca çölə qaçdım. Onun maşınının şüşəsinə əlimdəki çubuqla vurdum. Sonra vəziyyətim pisləşdiyinə görə təcili tibbi yardıma zəng vurdum”. 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO