XXl əsrdə yaşayırıq. Amma hələ də feodal təfəkküründən qurtula bilməmişik. Bizlərin hələ də çoxunda qara qüvvələrə, cadu-pitiyə inam qalıb. Hələ “çöp” məsələsini demirik. Bəlkə də dünyada yeganə xalqıq ki, körpə uşaqlarda çöp qaldığına inanır və bunun türkəçarə yolu ilə həllinə çalışırıq. Apardığımız müşahidələr göstərir ki, bizdən başqa ətrafdakı xalqların heç biri bu cahil müalicə metoduna inanmır.
Doğrudanmı uşaqların “çöpü qalır”?
Məlum olduğu kimi uşaqlarda burunətrafı ciblər var. Onlar çox nazik və dar olur. Ona görə də istənilən yad cism çox asanlıqla orda ilişib qala bilir. El arasında bu yad cismə “çöp” deyirlər. Bu “çöp” xırda sümük də, kağız qırıntısı, muncuq və başqa xırda nəsnələr ola bilər. Döşəmədə olan uşaq da diqqətdən yayınaraq yerə düşmüş yad cismləri götürüb asanlıqla qulağına, burnuna və yaxud ağzına aparır.
Bu təbii haldır. Belə hallarda uşaqlarda narahatçılq yaranır, hərarət yüksəlir, hətta qusma müşahidə edilir. Çox təəssüf ki, bu vəziyyətdə valideynin ilk ağlına çopçü gəlir. Bəladan qurtulan valideyn sonradan bir növ çöpçüyə alışır. Uşaqda azacıq narahatçılıq olanda, uşaq burnunu ovuşduranda, hərarəti yüksələndə yenə də çöpçüyə üz tutur.
Niyə təkcə bizim uşaqlarda “çop qalır”?
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış terapevt Vaqif Qarayev bildirdi ki, “dünyadakı bütün uşaqların yuxarı tənəfüss yollarının anotomik quruluşu eynidir.
Amma nədənsə təkcə bizim uşaqlarda “çöp qalır”. Mən peşəmlə bağlı uzun müddət təxminən 12-14 millətin yaşadığı ərazidə xidmət göstərmişəm. Çox təəssüf ki, çöplə ancaq bizimkilər məşğul olur. Başqa millətlərdə bu problem yoxdur”.
Vaqif Qarayev söhbət əsnasında bizimlə bir xatirəsini də bölüşdü. Bildirdi ki, “xeyli müddət əvvəl Rusiyaya köçmüş ailənin başçısı mənimlə görüşəndə zarafatla dedi ki, “Rusiyaya gedəndən çöpdən canımız qurtarıb”.
Çöpçüyə getməyin hansı fəsadları ola bilər?
Tanınmış həkim onu da əlavə etdi ki, “uşaqların yad cismləri götürüb burunlarına, qulaqlarına və ağızlarına basması normal haldır. Bunun qarşısını almaq üçün ilk növbədə döşəməni təmiz saxlamaq lazımdır. Xoşa gəlməz hallar baş verdikdə isə həkimə müraciət etmək gərəkdir. Çünki, çöpçü xanımlar çöpü təmizləyərkən uşaqların boğazına qorxulu infeksiya sala bilər. Və hətta bir dəfə belə bir hadisə şahidi olub. Uşağın burnundakı yad cismi çopçü üfürüb nəfəsliyinə salmışdı. Biz çox böyük çətinliklə o uşağın həyatını xilas etdik”.
Maraqlı məqamlardan biri də odur ki, bəzi valideynər körpələrini çopçünün yanına apararaq deyir ki, “xahiş edirəm bunun çopünü birdəfəlik bağla”. Tanınmış həkim XXl əsrdə belə hallara da rast gəlindiyini təəssüflə qeyd edir. Bildirir ki, “axı, çöpçü körpənin yuxarı tənəffüs orqanında nə edə bilər ki, bir daha çop qalmasın? Bu sadəcə cahillikdir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 13.07.2022
Körpələrdə “ÇÖP MİFİ” - Niyə görə tək azərbaycanlı uşaqlarda “çöp” qalır?
Hazırda oxunan: Körpələrdə “ÇÖP MİFİ” - Niyə görə tək azərbaycanlı uşaqlarda “çöp” qalır?
Hazırda oxunan: Körpələrdə “ÇÖP MİFİ” - Niyə görə tək azərbaycanlı uşaqlarda “çöp” qalır?
83482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.