“Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbiri keçirilib – FOTO 

“Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbiri keçirilib – FOTO 

Hazırda oxunan: “Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbiri keçirilib – FOTO 

83421

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir, şəhid məzarları ziyarət olunur, şəhid ailələrinə baş çəkilir və bu döyüşlərin hərb tariximizdə tutduğu yer geniş təbliğ olunur. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Tovuz rayonundakı “N” hərbi hissəsində keçirilən “Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirində Müdafiə Nazirliyinin rəsmiləri, hərbi qulluqçular, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir rayonlarından dəvət olunan şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və incəsənət xadimləri iştirak ediblər. 

Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında çıxışı zamanı söylədiyi “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər.

Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq” fikirləri səsləndirilib. 

İşğaldan azad olunan Kəlbəcər rayonu ərazisində dislokasiya edilən hərbi Şəhid ailələrinin üzvləri doğmalarının unudulmadığına, Tovuz hadisələrinin yaddan çıxarılmadığına və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər. 
Tədbirin sonunda Tovuz döyüşləri zamanı şəhid olan 12 nəfər hərbi qulluqçunun xatirəsinə on iki məşəl alovlandırılıb və əsgərlər bu müqəddəs odu sönməyə qoymayacaqlarına, od-ocağımızı, qanla vətənləşən tarixi torpaqlarımızı bundan sonra da canları və qanları bahasına qoruyacaqlarına, Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlarına and içiblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO