Şabrandakı yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib - FOTO  

Şabrandakı yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib - FOTO  

Hazırda oxunan: Şabrandakı yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib - FOTO  

83415

Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib. 

Bizim.Media DİN-in Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib. 

Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb. 
Polis əməkdaşları tərəfindən E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib və araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO