Xaçmazdakı meşə yanğını nəzarətə götürüldü - Əraziyə 2 helikopter göndərildi - YENİLƏNİB/VİDEO

Xaçmazdakı meşə yanğını nəzarətə götürüldü - Əraziyə 2 helikopter göndərildi - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Xaçmazdakı meşə yanğını nəzarətə götürüldü - Əraziyə 2 helikopter göndərildi - YENİLƏNİB/VİDEO

83301

Xaçmazda meşəlik ərazidə, Xaçmaz-Xudat yolunun hər iki istiqamətində baş verən yanğın artıq tam nəzarətə götürülüb.

Bu barədə Bizim Media-nın yerli bürosuna Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 1 -ci müavini Anar Oruclu bildirib.

"Yalnız Qadaşaba kəndi ərazisində bir yanğın ocağı qalıb ki, orada da FHN-nın iki helikopteri işləyir. Yaxın vaxtda həmin yanğın ocağı da söndürüləcək", - deyə A.Oruclu vurğulayıb.

***

Xaçmaz rayonunda, Xudat yolu istiqamətindəki meşəlik ərazidəki yanğının həcmi və yayılma sürəti genişlənib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu səbəbdən əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda alovun söndürülməsinə 7 yanğınsöndürən avtomobil və işçi qüvvəsi cəlb edilib. Alovun qarşısı nisbətən alınsada, yanğın davam edir.

***

Təhlükəsizlik məqsədilə Xaçmaz-Xudat avtomobil yolu bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Xaçmaz İH-dən məlumat verilib.

Bildirilir ki, yolun sağ tərəfində yerləşən Çənlibel istirahət mərkəzinin işçiləri və orada istirahət edənlər təxliyə edilib. 

Xaçmaz İH başçısının 1-ci müavini Anar Oruclu bildirib ki, Xaçmaz-Xudat yolunun bağlanmasına səbəb yolun həm solunda, həm də sağında geniş sahədə alov olmasıdır. 

Bu səbəbdən Dövlət Yol Polisi Xudat, Nabran istiqamətinə Quba yolundan hərəkət etməyi tövsiyə edir. 

İlkin olaraq 2 hektar meşə sahəsinin yandığı deyilir. Alova yaxınlaşmaq mümkün deyil. Yanğınsöndürənlər alovu ram etmək üçün çalışır. Küləkli isti hava alovun genişlənməsinə səbəb olur.

Alovun yaxınlıqdakı yancaqdoldurma məntəqəsinə yaxınlaşmaması üçün hazırda zəruri tədbirlər görülür. 

A.Oruclu həmçinin meşə massivində yanğının başvermə səbəbini açıqlayıb. 

Onun sözlərinə görə, ərazidən keçən yüksək gərginlikli elektrik xəttində güclü külək səbəbindən qısa qapanma baş verib və yerə düşən qığılcım yanğına səbəb olub. 
 

Qeyd edək ki, ötən gün Şabranda baş verən meşə yanğınının da elektik xəttindəki qısa qapanmadan baş verdiyi açıqlanmışdı.


16.26***

Şabrandan sonra qonşu Xaçmaz rayonunda da meşə yanğını başlayıb.

Xaçmaz İH başçısının 1-ci müavini, rayon FHK-nın sədri Anar Oruclu Bizim.Media-ya məlumat verib ki, yanğın Xaçmaz-Xudat yolunun sağ kənarında - Çənlibel restoranı ilə "Qafqaz Oyl" Yanacaqdoldurma məntəqəsi ərazisindəki meşə massivində başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda meşə yanır - VİDEO


Alov məkanına FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və ümumilikdə qonşu Quba, Qusar rayonlarından da avtomobillər olmaqla, 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Üstəlik rayondakı suvarma və kommunal müəssisələrinin su avtomobilləri və işçiləri, Ekoogiya və Təbii Sərvətlər və FH Mazirliklərinin, yerli İH-nin əməkdaşları da cəlb edilib.

Alovun isti hava səbəbindən genişləndiyi bildirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO