Sumqayıtdakı ağır qətllə bağlı DİN-dən AÇIQLAMA

Sumqayıtdakı ağır qətllə bağlı DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Sumqayıtdakı ağır qətllə bağlı DİN-dən AÇIQLAMA

83251

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə iyulun 10-da saat 14 radələrində şəhər sakini İsrayıl Culiyevin ölməsi barədə məlumat daxil olub.

Bizim.Media DİN-dən verilən məlumata istinadən xəbər verir ki, şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Araşdırmalarla Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Pirqurbanın münaqişə zəminində İ.Culiyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Pirqurban şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO