"Şabran rayonunun Ağalıq kəndində mülki obyektlər yanğından tam mühafizə edilib".
Bizim.Media xəbər verir ki, bunu FHN-nin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib.
O qeyd edib ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilib.
MÖVZU İLƏ BAĞLI:
Şabran yanğını ilə bağlı YENİ MƏLUMAT: 70 faiz söndürülüb
Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb.
Bildirilib ki, avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media