Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb.
Bizim.Media xəbər verir ki, mənzilin açarı mükafatlandırma mərasimində təqdim olunub.
Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.
Əvvəlcə fərdi, daha sonra komanda yarışının qalibləri mükafatlandırılıb.
Monqolustan yığması üçüncü, "Daşkənd Siti" ikinci, "Sakarya" komandası birinci yerin sahibi kimi də mükafatlarını alıblar. Report.az-ın məlumatına görə. tədbir Yallı rəqsi ilə yekunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:17 / 10.07.2022
Mədət Quliyev Şuşadakı ilk beynəlxalq turnirin qalibinə ev bağışladı
Hazırda oxunan: Mədət Quliyev Şuşadakı ilk beynəlxalq turnirin qalibinə ev bağışladı
Hazırda oxunan: Mədət Quliyev Şuşadakı ilk beynəlxalq turnirin qalibinə ev bağışladı
83179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.