Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

83167

“Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi” ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən qismən təkzib olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.

“Həmin məlumat tərəfimizdən qismən təkzib olunmaqla bildirilir ki, sözügedən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib. 

Həmin maddənin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, 10.02.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə sanksiya həddində olan 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilmiş, lakin Bərdə rayon məhkəməsinin hökmü ilə ona bəraət verilmişdir.

Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilmiş və hazırda iş Gəncə Apellyasiya məhkəməsinin icraatındadır”, deyə mesajda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO