Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- FOTO

Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- FOTO

Hazırda oxunan: Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- FOTO

83140
26 iyun 2015-ci il tarixində Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılıgı ilə FHN "N" saylı hərbi hissəsində "Azərbaycan Respublikası Silahlı Qüvvələr günü" münasibətilə əsgərlərdən ibarət komandalar arasında "Nə?Harada?Nə zaman?" intellektual oyunu keçirilmişdir.

Tədbiri giriş sözü ilə hərbi hissə komandirinin müavini,mayor Sərraf Bəhramov açaraq şəxsi heyəti təbrik etdi və FHQ komandanının təbrikini oxudu. Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək hərbçilərimizi rayon gəncləri adından təbrik etdi və onlara xidmətlərində uğurlar arzuladı. "Qarabağ","FHN","Qaya" və "MMQ" komandaları araında keçirilən bu yarışda daha yüksək bilik səviyyəsi nümayış etdirən "MMQ" komandası I,"Qarabağ" komandası II,"Qaya" komandasıisə III yerləri tutmuşlar.Qalib komandalar və oyun ərzində fərqlənənlər Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və Fəxri Fərmanlarla təltif olunmuşlar.Oyunun keçirilməsində ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin "Şahzadələr" komandasının kapitanı Ayxan Mikayılov iştirak etmişdir. Sonra Kətəlparaq musiqi məktəbinin özfəaliyyət kollektivinin hazırladığı rəngarəng konsert proqramı hərbçilərimizə təqdim olundu.Mügənnilər Ərəstun Əliyevin,Aydın Əsədovun və Əmrah Məmmədovun oxuduqları "Mərd oğlusuz","Azərbaycan oğluyam","Sənə qurban" və diğər mahnılar,qarmonda Namiq Məmmədovun və gitarada Kənan Abdullayevin ifasında səslənən rəqs musiqiləri alğışlarla qarşılandı.İstedadlı əsgərlər də mahnılar ifa etdilər. Tədbirin sonunda hərbi hissənin komandiri,polkovnik-leytenant Taleh Əlipaşayev qonaqlara şəxsi heyyət adından öz minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdılar.
Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6350.jpg">Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6351.jpg">Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6352.jpg">Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6353.jpg">Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6354.jpg">Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6355.jpg">Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6356.jpg">Bərdədə əsgərlər arasında intellektual oyun keçirildi- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/6357.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO