Polkovnik-leytenant Raquf Orucovun xatirəsi anıldı - FOTO

Polkovnik-leytenant Raquf Orucovun xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Polkovnik-leytenant Raquf Orucovun xatirəsi anıldı - FOTO

83071

Şəhid Polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ağdamın işğaldan azad edilmiş Sahbulaq qalası ətrafında təşkil edilmiş tədbirdə, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və silahdaşları iştirak edib.  

Şəhidlərin xatirəsinin anılması və Azərbaycan Ordusunun hərbi orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər polkovnik-leytenantın döyüş yolundan geniş söhbət açıblar.  
Onun mərdliyi cəsurluğu, Vətən və dövlətə bağlılığı diqqətə çatdırılıb. Mərasim respublikanın tanınmış muğam ustalarının ifaları ilə davam etdirilib.  

Qeyd edək ki, Orucov Raquf Cahangir oğlu 1972-ci ildə Ağdam rayonun Cinli kəndində anadan olub. Birinci Qarabağ müharibəsində əsgər kimi xidmət edib. Sonra ali hərbi məktəbi bitirdikdən sonra zabit kimi xidmətə davam edib. 2016-cı il aprel döyüşləri zamanı Talış yüksəkliklərinin azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda qəhrəmancasına şəhid olub. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO