Bərdədə ana doğuşdan sonra ÖLDÜ

Bərdədə ana doğuşdan sonra ÖLDÜ

Hazırda oxunan: Bərdədə ana doğuşdan sonra ÖLDÜ

83048

Bərdə rayonunda ana doğuşdan sonra ölüb. 

Bizim.Media xəbər verir ki, hadisə ötən gün baş verib. 

Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib. 

O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada saxlanılıb. O, ötən gün xəstəxanada dünyasını dəyişib. 
Xəstəxanadan “report.az”a bildirilib ki, S.Əsədovanın dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur. 

Bu S.Əsədovanın ikinci hamiləliyi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO