Azərbaycanda Qurban bayramı QEYD EDİLİR

Azərbaycanda Qurban bayramı QEYD EDİLİR

Hazırda oxunan: Azərbaycanda Qurban bayramı QEYD EDİLİR

83026

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı iyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib.

İyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələrində isə deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.
Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərdə birgə bayram namazları qılınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO