​​​​​​​Bərdədə FHN-nin xüsusi təyinatlı alayı yaradıldı - FOTO

​​​​​​​Bərdədə FHN-nin xüsusi təyinatlı alayı yaradıldı - FOTO

Hazırda oxunan: ​​​​​​​Bərdədə FHN-nin xüsusi təyinatlı alayı yaradıldı - FOTO

82998

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Bərdə rayonunda xüsusi təyinatlı mexanikləşdirilmiş alayı yaradılıb.

Bizim.Media FHN-nə istinadən xəbər verir ki, bu addım nazirliyin icra etdiyi minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədi daşıyır.

Alay ərazilərin minalardan təmizlənməsi üçün qısa müddətdə ən müasir avadanlıq və cihazlarla təchiz edilib və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Eyni zamanda alayda xidmət edən əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edib, akkreditasiyadan keçiblər. Həmçinin, minatəmizləmə əməliyyatlarına xüsusi təlim keçmiş minaaxtaran itlər də cəlb olunub.
İyulun 8-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bərdədə yeni yaradılmış xüsusi təyinatlı mexanikləşdirilmiş alayda olub. Nazir minatəmizləmə işlərində istifadə olunan avadanlıq və cihazlara baxış keçirib, alayda xidmət üçün yaradılan şəraitlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO