Gəncədə

Gəncədə "avtoşluq" edən 10-a yaxın gənc saxlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə "avtoşluq" edən 10-a yaxın gənc saxlanıldı - FOTO

82996

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən məlumat verir ki, 10-a yaxın gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobildə kosntruksiya dəyişikliyi eməklə digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. 

Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.

Həmçinin, onların arasında Vətən müharibəsi qazilərinin və iştirakçılarının olması isə təssüf doğuran haldır. 

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO