"Hakimlərdən şikayəti olanlara kömək edəcəm" - Tahir Kərimli  

Hazırda oxunan: "Hakimlərdən şikayəti olanlara kömək edəcəm" - Tahir Kərimli  

82911

“Hakimlərlə bağlı şikayətlər varsa, mən deputat statusumdan istifadə edib onlara kömək edəcəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında səsləndirib.

Deputat qeyd edib ki, vəzifə səlahiyyətlərinə xitam verilən Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı ilə bağlı əlində sübut var:

"Deputatı olduğum dairədə bir hadisəyə Elmira xanım ədalətsiz yanaşdı. Biz məhkəmə qərarlarını təftiş eləmirik. Qanunun tələbi nədirsə, o qərarla razılaşmalıyıq. Lakin adı çəkilən hakim Elmira Eyvaz qızı hadisəyə məsuliyyətli yanaşmayaraq, peşəsindən sui-istifadə edib.  
Hakimlərlə bağlı şikayətlər varsa, mən deputat statusumdan istifadə edib, onlara kömək edəcəm".

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO