Sabiq icra başçısına HÖKM OXUNDU - 12 il... 

Sabiq icra başçısına HÖKM OXUNDU - 12 il... 

Hazırda oxunan: Sabiq icra başçısına HÖKM OXUNDU - 12 il... 

82906

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. 

Namiq Zeynalov 12 il müddətinə azadlıqdan mərhum edilib.  

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Namiq Zeynalovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı 


İstintaq orqanı tərəfindən Namiq Zeynalovun barəsində Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. 

O, Cəlilabad rayon İcra Hakimiyyətində 2020-ci ilin dekabr ayında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. 

Prezident İlham Əliyevin ötən il dekabrın 8-də imzaladığı sərəncamla Namiq Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO