DSMF-dən əhaliyə 2 milyarddan çox ÖDƏNİŞ

DSMF-dən əhaliyə 2 milyarddan çox ÖDƏNİŞ

Hazırda oxunan: DSMF-dən əhaliyə 2 milyarddan çox ÖDƏNİŞ

82883

DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 9 faiz və ya 238 mln. manat çox olmaqla 2 mlrd. 806 mln. manat təşkil edib. 

DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-iyun aylarında bu daxilolmalarda 12 faiz və ya 236 mln. manat artım baş verib. 

Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 120 mln. manat artaraq 2 mlrd. 591 mln. manat olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO