Son vaxtlar sosial həyatımıza daxil olan “Tik-tok” çox qısa zamanda populyarlıq qazandı. Hətta əksər gənclərdə bu platformadan asılılıq yaranıb. Halbuki, bu asılılıq insanları aktiv həyatdan ayırır, yüngül həyat tərzinə sövq edir.
Ən pisi də odur ki, bu platforma zəhmətsiz gəlir mənbəyinin təbiğat ruporudur. Guya ki, istənilən şəxs gündə bir neçə saatını bu platformada keçirməklə çox böyük pullara sahib ola bilir. Qəribə burasıdır ki, “Tik-tok”da ən çox pul qazandım deyənlər şou əhlidir.
Onlar bu platformadan “qazandıqları” pulların miqdarını deyəndə boğaz quruyur. Məsələn, aktrisa Pərvin Abıyeva deyir ki, “mən ayda bu platformadan 30 min dollar qazanıram”. “Göyçək” Fatimə isə həftəyə 7-10 min manat qazandığını deyir.
MÖVZU İLƏ BAĞLI:
Pərvin deputatla sevgili ittihamlarına cavab verdi: "Tamaşa edirəm" – VİDEO
Əgər doğrudan da Fatimə xanım “Tik-tok”da aya ortalama 15-20 min manat qazana bilirsə niyə toylar bir yana, xınayaxdı axşamlarında göbək atır? Hələ Pərvin Abıyevanı demirik.
Halbuki, bir neçə ay bundan qabaq ən məşhur tiktokerlər günə 50 dollar qazandıqlarını deyirdilər. Birdən-birə bu rəqəmin 5-10 dəfə artıq söylənilməsi təbii ki, müəyyən suallar yaradır.
Məsələ ilə bağlı Bizim.Media tanınmış İT mütəxəssisi Elvin Abbasovun fikirlərini alıb.
Tanınmış mütəxəssis bildirib ki, “Tik-tok” platforması qeyri-ciddi və perspektivsiz və ən başlıcası mənəviyyatsız bir biznes şəbəkəsidir:
"Heç bir kvalivikasiyası olmayan, yüngül həyat tərzinə meyilli adamlar bu platformada qeyr-ciddi və bayağı çıxışlar etməklə özlərinə çoxsaylı izləyicilər toprlayırlar. Bu platforma ilə bizim mental dəyərlərimiz arasında antiqonist ziddiyətlər var. Burda əsasən 18+, qurşaqdan aşağı və qeyri-etik söhbətlər aparılır. Burdakılar öz intelektləri və innovasiyaları ilə deyil, qeyri-ciddi və qeyri-etik çıxışları ilə izləyici toplayırlar. Ümumiyyətlə, intlelektə töhfə verməyən bütün digər gəlir mənbələri ölkənin milli-mənəvi dəyərlərini sarsıdır, həm də insanları bəsit yollarla qazanc əldə etməyə sövq edir”.
Bəs, Azərbaycan reallığında bu platformadan ay ərzində nə qədər pul qazanmaq mümkündür?
Elvin Abbasov qeyd etdi ki, “burda konkret rəqəm demək çox çətindir. Gəlirin çoxluğu tiktokerin izləyici sayından və seansın həcmindən asılıdır. Amma Azərbaycan reallığında elə də çox pul qazanmaq mümkün deyil. Çünki, kontingent azdır.
O zaman, çox pul qazanmaq mümkündür ki, sənin 100 minlərlə izləyicin olsun. Baxmayaraq ki, bəziləri çxıb deyir ki, mən ayda 10-20 min, bəziləri isə hətta 30 min dollar qazanıram. Bu ciddilikdən uzaq rəqəmlərdir”.
"Maraqlıdır ki, hazırda yüngül əxlaqlı qızlara yeni ad qoyulub: ”tiktoker”. Bu o qızlardır ki, “Tik-tok”da orasını-burasını göstərməklə populyarlıq qazanmaq istəyirlər. Elə isə bu sosial şəbəkə pul qazanmaq istəyənlərə hansı şərtləri irəli sürülür?
“Tik-tok”un şərti belədir ki, sən özün canlı yayıma çıxmalısan. Orada debatlar təşkil etməlisən, ya da ki, özün tək başına danışmalısan, nəyi isə göstərməlisən. Amma aparılan müşahidələr onu göstərir ki, bu platforma Azərbaycanda yaxşı nümunə sayılmır.
Bura daha çox yüngül həyat tərzi keçirən insanlar maraq göstərir. Bu platforma keçici həvəslərin toplandığı bir məkandır. Baxmayaraq ki, platformanın idarəçiləri burda saatlarını və günlərini keçirən adamları müxtəlif mükafatlarla əldə saxlayırlar.
Halbuki, ciddi müzakirələrlə, intelektual söhbətlərlə bu platformada izləyici toplamaq çox çətindir”-deyə tanınmış İT mütəxəssisi fikirlərini yekunlaşdırıb.
Surxay Atakişiyev, Bizim.Media