Bakıda 38 avtobus mənzil başına gecikir - BNA

Bakıda 38 avtobus mənzil başına gecikir - BNA

Hazırda oxunan: Bakıda 38 avtobus mənzil başına gecikir - BNA

82834

Hazırda bir neçə küçə və prospektdə müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən ümumilikdə 32 müntəzəm marşrut xətti üzrə 38 ədəd avtobus gecikmə ilə hərəkət edir.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən xəbərə görə, Vahid Dispetçer Xidmətinin məlumatına əsasən 20 Yanvar dairəsində 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 92, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində 12-13 dəqiqə var.

Moskva prospekti kənar yol şəhər istiqamətindən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 119 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə isə avtobusların hərəkətində 13-14 dəqiqə interval müşahidə olunur.

Azadlıq prospekti – Süleyman Sani Axundov küçəsi ilə kəsişmədən Binəqədi şossesi ilə kəsişməyə qədər 71, 79, 108B, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 15-16 dəqiqə intervalla hərəkət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO