Magistratura ixtisas seçiminin cavabları bu tarixdə açıqlanacaq - RƏSMİ

Magistratura ixtisas seçiminin cavabları bu tarixdə açıqlanacaq - RƏSMİ

Hazırda oxunan: Magistratura ixtisas seçiminin cavabları bu tarixdə açıqlanacaq - RƏSMİ

82811

“Magistratura ixtisas seçiminin cavabları yaxın iki gün ərzində açıqlanacaq”.

Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq DİM-in mətbuat katibi Xanlar Xanlarov deyib.

Onun sözlərinə görə, nəticələrin elan olunmasının dəqiq tarixi bəlli olmasa da, yaxın 2 gün ərzində açıqlanacağı gözlənilir.
 

Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi dünən başa çatıb.


İxtisas seçimində 14291 nəfər ərizəsini təsdiq edib, onlardan 13150-si Azərbaycan, 1141-i isə rus bölməsindəndir. Bakalavrlar nəticələr elan edildikdən sonra DİM-in internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO