Metroda insanları hədələyən şəxslə bağlı istintaq hərəkətləri davam etdirilir - DİN

Metroda insanları hədələyən şəxslə bağlı istintaq hərəkətləri davam etdirilir - DİN

Hazırda oxunan: Metroda insanları hədələyən şəxslə bağlı istintaq hərəkətləri davam etdirilir - DİN

82809

“Roman Məmmədovun xuliqanlıq hərəkətləri ilə bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir."  

Bu məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.  

Qurum rəsmisinin sözlərinə görə, istintaq tədbirləri hazırda davam etdirilir.  

Qeyd edək ki, bir neçə gün öncə 39 yaşlı R.Məmmədov “TikTok” sosial şəbəkəsi üzərindən parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşıb. İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edib.  
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.  

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO