Növbətçi hissədə DAVA saldı – 200 manatından oldu   

Növbətçi hissədə DAVA saldı – 200 manatından oldu   

Hazırda oxunan: Növbətçi hissədə DAVA saldı – 200 manatından oldu   

82791

Qusar rayonunda sərxoş kişi polis şöbəsinin növbətçi hissəsində dava salıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qusar rayon sakini, 1974-cü il təvəllüdlü İlqar İsmayılov sərxoş vəziyyətdə rayonun Z.Əliyev küçəsində polis əməkdaşlarını soyüb.

Bundan sonra o, polis əməkdaşları tərəfindən Qusar rayon polis şöbəsinə gətirilib. Növbətçi hissədə olan zaman yenə də polis əməkdaşlarını söyüb, onların ünvanına təhqiredici ifadələr işlədib.  

Polis şöbəsində İlqar İsmayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə ittiham verilib.   
İşə Qusar rayon Məhkəməsində baxılıb.  

Məhkəmənin qərarı ilə İlqar İsmayılov 200 manat cərimə olunub və məhkəmə zalından sərbəst buraxılıb.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO