Qazaxda ƏMƏLİYYAT – Narkotik yetişdirən şəxs saxlanıldı 

Qazaxda ƏMƏLİYYAT – Narkotik yetişdirən şəxs saxlanıldı 

Hazırda oxunan: Qazaxda ƏMƏLİYYAT – Narkotik yetişdirən şəxs saxlanıldı 

82730

Qazaxda narkotik yetişdirən şəxs saxlanılıb. Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.  

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Canallı kənd sakini Aslan Qocayevin özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.  

Əraziyə baxış zamanı oradan 47 ədəd ümumi çəkisi 5 kq 205 qram olan narkotik çətənə kolları aşkar edilərək götürülüb.

Bundan başqa həmin ünvandan 255 qram çəkidə qurudulmuş marixuanda da aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.  

Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO