Mingəçevirdə

Mingəçevirdə "Zəfər" parkı salınır - FOTO

Hazırda oxunan: Mingəçevirdə "Zəfər" parkı salınır - FOTO

82729

Mingəçevir şəhərində "Zəfər" parkı salınır.  

Bizim.Media-nın məlumatına görə, Vətən müharibəsində əldə olunan qələbə şərəfinə salınan "Zəfər" parkı Heydər Əliyev prospektinin şəhərin Xaldan şossesindən giriş istiqamətində yerləşəcək. 

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən aparılan tikinti işlərinin bir hissəsi arxada qalıb. Artıq növbəti mərhələdə işlər davam etdirilir. 

Park 2 hektar ərazidə və 900 metr uzunluqda bir məsafəni əhatə edir. Burada insanların istirahəti üçün ən müasir şəraitin yaradılması və iri fəvvarənin quraşdırılması nəzərdə tutulur. 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO