Deputatlığa namizədin dəstə üzvləri yenidən MƏHKƏMƏ QARŞISINDA 

Deputatlığa namizədin dəstə üzvləri yenidən MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Deputatlığa namizədin dəstə üzvləri yenidən MƏHKƏMƏ QARŞISINDA 

82712

Dələduzluqda təqsirləndirilən deputatlığa keçmiş namizəd Xalidə Şirəlizadə, onun qardaşı Firdovsi Şirəliyev və Suliddin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Cavid Hüseynovun icraatına verilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə bundan əvvəl də məhkəmə prosesi keçirilib. Xalidə Şirəlizadənin vəkili məhkəmə prosesində vəsatətlə çıxış edib və cinayət işinin istintaqı zamanı prosessual pozuntulara yol verildiyini deyib. 

Vəkil işin ibtidai istintaqa qaytarılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və işi istintaqa qaytarmışdı. 

Xatırladaq ki, təqsirləndirilən şəxslər işə düzəltmək və başqa vədlərlə vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə təqsirləndirilirlər.

İstintaq orqanı tərəfindən onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Təqsirləndirilən üç nəfərdən ikisi bundan öncə də məhkum edilib. F.Şirəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 3 il 6 ay, Suliddin Məmmədov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. 
Xatırladaq ki, X.Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO