4 iyul 2022-ci il tarixdə “Xudat Avtovağzalında qarpız biznesi” adlı yazı dərc etmişdik. Yazıda Avtovağzalın giriş qapısında çadır qurdurulub qarpız satılmasından söhbət açılırdı.
Bizim.Media məsələni ictimailəşdirdikdən sonra müvafiq qurumlar hərəkətə keçib və Avtovağzalın qarşısındakı çadır sökülüb.
MÖVZU İLƏ BAĞLI:
Xudat Avtovağzalında qarpız biznesi - FOTOFAKT
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sözçüsü Pərvanə Əliyeva Bizim.Media-ya bildirib ki, “sözügedən satış məntəqəsi Xudat avtovağzalının ərazisində deyil və avtovağzala aidiyyatı yoxdur.
Lakin, bununla belə satış məntəqəsinin götürülməsi ilə bağlı tərəfimizdən aidiyyatı qurumlara müraciət edildi. Qısa zamanda ərazi təmizləndi”.
Nazirliyin əməkdaşı təmizlənmiş ərazinin fotoşəklini də bizə təqdim etdi.
Surxay Atakişiyev, Bizim.Media