Avtoşluq edən əsgər gizlənibmiş - YENİDƏN HƏBS EDİLDİ

Avtoşluq edən əsgər gizlənibmiş - YENİDƏN HƏBS EDİLDİ

Hazırda oxunan: Avtoşluq edən əsgər gizlənibmiş - YENİDƏN HƏBS EDİLDİ

82657

Xəbər verdiyimiz kimi, iş adamının hərbi xidmətdə olan oğlu Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşmışdı.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, Hərbi prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk edərək hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 22 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda xidmət yerini özbaşına tərk edən hərbçi HƏBS EDİLDİ 


Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əziz Məlikovun müdafiəçisinin şikayəti əsasında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmaqla, o, həbsdən azad edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir.

Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 06 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO