Bərdə rayonunda həyat yoldaşı tərəfindən döyülən 80 yaşlı kişi ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Gərənə kəndində baş verib.
Kənd sakini Hidayət Cəfərovun həyat yoldaşı ərinin öldüyünü elan edib və dəfn üçün evə molla çağırıb. Molla sözügedən şəxsin ölmədiyini bildirib və bu barədə onun övladlarına məlumat verib.
Hidayət Cəfərovun övladları onun ikinci həyat yoldaşı Serbiya Cəfərova tərəfindən vəhşicəsinə döyüldüyünü, bədəninin ütü ilə yandırıldığını bildiriblər.
O, yerləşdirildiyi Bərdə Rayon Xəstəxanasında vəfat edib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:35 / 06.07.2022
Bərdədə qadın ərini döyüb öldürdü - ÜTÜ İLƏ YANDIRIRMIŞ...
Hazırda oxunan: Bərdədə qadın ərini döyüb öldürdü - ÜTÜ İLƏ YANDIRIRMIŞ...
Hazırda oxunan: Bərdədə qadın ərini döyüb öldürdü - ÜTÜ İLƏ YANDIRIRMIŞ...
82641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.