Nazirlik Roza Zərgərlinin övladlıq oğluna niyə ev verilməsi məsələsinə AYDINLIQ GƏTİRDİ 

Nazirlik Roza Zərgərlinin övladlıq oğluna niyə ev verilməsi məsələsinə AYDINLIQ GƏTİRDİ 

Hazırda oxunan: Nazirlik Roza Zərgərlinin övladlıq oğluna niyə ev verilməsi məsələsinə AYDINLIQ GƏTİRDİ 

82591

Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarova mənzil verilib.

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir:

“İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir. Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb.

Aidiyyatı dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib.

Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib”, deyə Murad Həşimov qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO