"MTK-larda baş verən lift qəzalarına cavabdeh deyilik" - BŞİH-dən AÇIQLAMA

Hazırda oxunan: "MTK-larda baş verən lift qəzalarına cavabdeh deyilik" - BŞİH-dən AÇIQLAMA

82583

Bizim.Media-nın bir neçə saat bundan əvvəl, “Liftlərdə ölənlərə görə kim cavab verməlidir? – Məsuliyyəti heç bir orqan DAŞIMIR” başlıqla dərc etdiyi yazıya Bakı Şəhər İcra Hakimiyyətindən dərhal reaksiya gəlib. 

“MTK-lara məxsus binalardakı lift problemləri və yaranan qəza hadisələri Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Lifttəmir" İstehsalat Birliyinə aid deyil".

Belə bir açıqlamanı Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov göndərib.
 

MÖVZU İLƏ BAĞLI:

Liftlərdə ölənlərə görə kim cavab verməlidir? – Məsuliyyəti heç bir orqan DAŞIMIR


Onun sözlərinə görə, korporativ tikililərdə baş verən bu tip hadisələrə görə, sözügedən qurum məsuliyyət daşımır:

"Mənzil Tikinti Korporativləri tərəfindən tikilən binalar hazırda həddindən artıq çoxdur. Binaların da liftləri həmin korporativlərin rəhbərlərinin hansısa qurum, MMC və digər mütəxəssislər tərəfindən bağladığı müqavilə əsasında qurulur. "Lifftəmir" istehsalat birliyi isə onun səlahiyyətində olan binaların lift problemlərinə cavabdehdir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, son günlərdə baş verən lift qəzaları İsrafil Kərimovun dediyi kimi, MTK-lara məxsus çoxmərtəbəli yaşayış binalarında baş verib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO