Bulvarda təşkil olunan ATƏŞFƏŞANLIQ kimin şərəfinə keçirilib? - VİDEO

Bulvarda təşkil olunan ATƏŞFƏŞANLIQ kimin şərəfinə keçirilib? - VİDEO

Hazırda oxunan: Bulvarda təşkil olunan ATƏŞFƏŞANLIQ kimin şərəfinə keçirilib? - VİDEO

82582

Ötən gecə Dənizkənarı Milli Parkda möhtəşəm tədbir və daha sonra atəşfəşanlıq təşkil olunub. Atəşfəşanlığı minlərlə insan maraqla izləsə də, hansı səbəbdən təşkil olunduğu müəmmalı qalıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Bakı Bulvarında təşkil olunan atəşfəşanlıq ABŞ-ın Müstəqillik günü ilə əlaqədar olub. 

Məsələ ilə bağlı saytımıza açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva məlumatı təsdiqləyib:

“Sadəcə onu deyə bilərəm ki, dünən Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") tədbiri keçirilib. Yaxşı olar ki, qurumun özü ilə danışasız ki, tədbir nəyə həsr olunub”, - deyə Könül İmamverdiyeva əlavə edib.

Sözügedən qurumla isə əlaqə yaratmaq mümkün olmayıb.

Alçina Amilqızı, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO