Texniki baxış zamanı sürücülərdən nələr tələb olunur? – YENİ QAYDA 

Texniki baxış zamanı sürücülərdən nələr tələb olunur? – YENİ QAYDA 

Hazırda oxunan: Texniki baxış zamanı sürücülərdən nələr tələb olunur? – YENİ QAYDA 

82579

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir.

Bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 30-cu maddəsinə (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) dəyişiklik təklif olunur.

Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda texniki baxışdan keçə biləcəklər.

Həmçinin, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat sahibləri sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq.

Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, “bu vaxtadək avtomobil sahibləri maşınlarını texniki baxışdan keçirərkən onlardan yalnız sığorta şəhadətnaməsi tələb olunurdu.
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən texniki baxışla bağlı müraciət - VİDEO


Yəni sürücünün və yaxud üçüncü şəxsin yox, məhz avtomobilin. Qanuna yeni düzəlişdən sonra isə şəhərlərarası taksi xidməti göstərən sürücülərdən fərdi qəza sığortası da tələb olunacaq. Bu da baş verə biləcək qəzada sərnişinə icbari tibbi sığortadan istifadə imkanı yaradır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO