Bakıda 55 yaşlı kişidən bacısına və bacısı oğluna dəhşətli əməl - TƏFƏRRÜAT 

Bakıda 55 yaşlı kişidən bacısına və bacısı oğluna dəhşətli əməl - TƏFƏRRÜAT 

Hazırda oxunan: Bakıda 55 yaşlı kişidən bacısına və bacısı oğluna dəhşətli əməl - TƏFƏRRÜAT 

82577

Bakının Xəzər rayonunda 1967-ci il təvəllüdlü Elvin Səlimov bacısı Mahirəyə və onun oğlu Vahidə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 17-də rayonun Buzovna qəsəbəsində baş verib.  

Elvin həmin ünvanda bacısı və bacısı oğluna bıçaqla xəsarətlər yetirib.  

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.  

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin özünü təqsirli bilib.  

O bildirib ki, dekabrın 17-də təxminən saat 09 radələrində evdə olan mətbəx bıçağını itiləmək üçün götürüb:  

“Məhlədə olan ayaqqabı təmiri yeri bağlı olduğu üçün bıçağı itələyə bilmədim. Bir neçə dəqiqə gözlədikdən sonra Buzovna qəsəbəsində “Favorit” marketin yaxınlığında yerləşən bərbərə getdim. Üzümü və saçımı təraş etdirdim. Oradan çıxdıqdan sonra marketdən 250 qramlıq spirtli içki aldım. Arağı içdim. Bir neçə satdan sonra təxminən saat 18 radələrində evə qayıtdım. Evə qalxdıqda qapının bağlı olduğunu gördüm. Sonra təkrar həyətə düşdüm.  

Həmin vaxt gördüm ki, bacım həyətdə binanın qarşısındadır. Evin qapısını açması üçün bacımı çağırdım və birlikdə bloka daxil oldum. Bacım bloka daxil olduqdan sonra üzərimdə olan bıçağı gördü. Nə üçün üstümdə bıçaq olduğunu soruşdu və səs-küy salmağa başladı.  

Sonra mən və bacım pilləkənlərlə 2-ci mərtəbəyə qalxdıq. Bacıma dedim ki, nə üçün qışqırırsan, öldürəcəm səni. Bacım daha da qışqırmağa başladı. Həmin vaxt sərxoş olduğum üçün bacımın səsi mənə pis təsir etdi.  
Bacımın sakitləşməsi üçün bıçağı çıxardım. O bunu gördükdə məni itələdi və aramızda yaranmış mübahisə zamanı bıçaq ilə onu vurdum. Bacımı vurmağıma baxmayaraq, yenə də sakitləşmədi, əksinə daha da yüksəkdən qışqırmağa başladı. Onu bıçaqla bir neçə dəfə də vurdum”.  

Təqsirləndirilən şəxs qeyd edib ki, səs-küyə bacısının oğlu evdən çıxıb:  

“Anasını müdafiə etmək üçün üstümə tullandı. Aramızda mübahisə yarandı. Mübahisə zamanı onu da bıçaqla vurdum. Sonra oradan getdim. Bıçağı hardasa tulladım. 2 gün çöldə qaldıqdan sonra polisin məni axtaracağını düşündüm. 2-ci polis şöbəsinə getdim və hadisə barədə məlumat verdim”. 

Zərərçəkmiş Mahirənin ifadəsinə görə, dekabrın 17-də saat 18 radələrində yaşadığı evə gəlib:  

“Binanın blokuna daxil olanda arxamca qardaşım Elvinin gəldiyini gördüm. 2-ci mərtəbəyə çatanda gördüm ki, qardaşım sərxoş vəziyyətdədir və məni çağırır. Elvinin nə dediyini başa düşmədiyim üçün onun üstünə qışqırdım, soruşdum ki, nə deyirsən? O an Elvinin belindəki bıçağı gördüm. Niyə bıçaq gəzdirdiyini soruşdum. Elvin dedi ki, səni vuracam. Mən də qorxdum, qışqırmağa başladım”.  

Zərərçəkmiş deyib ki, bu zaman qardaşı onu bıçaqla vurmağa başlayıb:  

“Səsimi eşidən oğlum gəldi. Qabağa keçərək məni qorumaq istədi. Həmin vaxt Elvin oğlumu da qol və ayaq nahiyələrindən bıçaqla vurdu. Sonra oradan getdi. Oğlumla birlikdə 26 saylı şəhər Kliniki Xəstəxanasına getdik. Orada bizə yardım göstərildı”.  

Mahirə ifadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini deyib:

“Bu səbəbdən təqsirləndirilən şəxslə barışmışam. Ondan şikayətim yoxdur”. 

Digər zərərçəkmiş Vahid də dayısı ilə barışdığını deyib. Ondan şikayətçi olmadığını bildirib. Cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin 2 il 1 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.  
Elvinin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO